AZ

Dünyanın yeni yeddi möcüzəsindən biri

İordaniyanın yeganə liman şəhəri Aqabaya səfər edən turistlər çox vaxt “Azad İqtisadi zona olduğu üçün viza tələb olunmur” fikri ilə üzləşirlər. Ölkəyə səfərdən öncə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyindən viza ilə bağlı sualımıza konkret cavab verildi: “Aqaba İordaniya ərazisidir. Viza almayıb gedən Azərbaycan vətəndaşlarına sərhəd keçid məntəqəsində yaranan problemlərə görə səfirlik heç bir məsuliyyət daşımır. Aqabaya Azərbaycandan gedən turistlərə ölkə sərhədində elektron viza verilir. Elektron vizanı səfər öncəsi onlayn şəkildə də əldə etmək mümkündür”.

İordaniya ərazisinə daxil olmaq üçün alternativ variant e-viza (115 AZN) əvəzinə “Jordan pass”ı (174 AZN) onlayn əldə etməkdir. Bu sənəd turist vizasını əvəz etməklə yanaşı, ölkənin Petra, Vadi-Rum kəndi, Ayla adlı orta əsr şəhərinə və s. məşhur attraksionlar daxil olmaqla ümumilikdə 40 turistik məkanına pulsuz giriş imkanı verir. Bloqer dostların məsləhəti ilə “Jordan pass” əldə edib səfərə yollandıq...

Aqabanın kiçik hava limanında sərhəd keçid məntəqəsindən keçməyə çox vaxt tələb olunmur. Sərhədçilər nəzakətlə “Jordan pass”ı təsdiqləyib ölkəyə girişimizə icazə verdilər.

Hava limanından şəhərə doğru avtobuslar gözə dəymir. Taksi sürücüləri pərakəndə halda “taksi lazımdır?” deyə turistləri əhatələyib qiymətləşməyə başlayırlar.

Hava limanından şəhərə doğru uzanan səliqəli, palma ağacları və güllərlə bəzənən yollar tədricən boş səhralar və baxımsız küçələrlə əvəzlənir.

Hotelimizin şəhərin mərkəzində yerləşməsi ərazidə ticarətlə məşğul olan yerli sakinlərin həyat tərzi ilə yaxından tanışlığa imkan yaradır.
Səfərimiz Ramazan günlərinə təsadüf etdiyindən şəhərdə əksər dükanlar, kafe və restoranlar axşamüstü saat 17.00-dan sonra açılır.

İordaniyada yaşamaq istəyirsənsə...

Həyat Keyfiyyəti İndeksinə (HKİ) görə, İordaniya Krallığı Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələr arasında ikinci yerdədir. Lakin regiondakı qeyri-sabit siyasi vəziyyət iqtisadi artım tempinə təsir edib. Krallıq qonşu ölkələrdə baş verən müharibələrdən sonra bir neçə mühacirət dalğasına məruz qalıb ki, bu da ölkənin əhalisini vətəndaşlığı olmayan qaçqınlarla xeyli artırıb. İraq və Fələstindən qaçqın axını ölkənin ümumi yaşayışına təsir edib. Krallıqda iş görmək üçün İordaniya vətəndaşlığı vacib deyil, vaxtında xəzinəyə müvafiq vergi ödəmək kifayətdir. İordaniyada qonşu ölkələrdən gəlib işləyənlər də çoxdur. Hazırda əcnəbilər arasında məşğulluğun əsas payını misirlilər tutur.
Səfərimiz boyu bizi müşahidə edən sürücü-bələdçimiz Abdulhüseyn bildirdi ki, ölkədə yaşayan hər kəs İordaniya vətəndaşlığına malik deyil: “Qaçqınlar və ya vətəndaşlığı olmayan iordaniyalıların ailə üzvləri krallıqda rahat yaşamaq üçün kifayət edən yaşayış icazəsi alırlar. İordaniyada vətəndaşlıq olmadan daşınmaz əmlak sahibi olmaq yaşayış icazəsi almaq hüququ verir”.

İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri

İordaniya hökuməti daha yaxşı iqtisadi inkişaf üçün bir sıra vergi güzəştləri və digər imtiyazları olan bir neçə iqtisadi zona yaradıb. Turistlər arasında ən məşhur və populyar olanı Aqaba şəhəridir. Bu, İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri, həm də ölkənin cənubunun inkişaf mərkəzidir.

Şəhərin florası xurma palmaları ilə zəngindir. Aqaba körfəzi zəngin sualtı qaynaqları ilə ölkənin məşhur cazibə mərkəzidir. İordaniyanın önəmli gəlir mənbəyi olan fosfat Aqaba limanından ixrac edilir.

Aqabanın əsas cazibəsi Qırmızı dəniz və onun möhtəşəm çimərlikləridir. Sahil zolağında hər zövqə və büdcəyə uyğun hotellər sıralanıb. Aqaba istirahət, ekstremal idmana və əyləncələrə üstünlük verən aktiv turistlər üçün idealdır. Qumlu, kiçik çınqıllı və mərcan rifləri olan çimərliklərə malik Qırmızı dənizi, Aqaba körfəzini, müalicəvi əhəmiyyəti ilə dünyada məşhur Ölü dənizin çimərliklərini, dünyanın yeni yeddi möcüzəsindən biri - Petra şəhərini, İordaniyanın ən böyük qum səhrası olan Rum Vadisini (Vadi Rum) görmək üçün buraya dünyanın hər yerindən turistlər gəlir. Aqabanın daha bir özəlliyi dalğıc turizmidir. “Qonşuluqda İsrail-Fələstin müharibəsinin davam etməsi ölkəmizə gələn turistlərin sayına da təsir edib. Bizim ailəmiz var, elə gün olur ki, bir qəpik də qazanmırıq”, - deyə sürücümüz bildirir.

Seçilən
45
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26484
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26225
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18126
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16610
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14374
Sabah 20 dərəcə isti olacaq
9634
May ayında Azərbaycana qar yağdı - VİDEO
8814
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8555
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8067
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7203
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6858
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6521
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6442
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6433
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6019
Azərbaycan nefti ucuzlaşıb
5975
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5839