AZ

“Barselona”ya qayıtmaq istəyir

“Əl-Hilal”ın hücumçusu Neymar klubundan onu “Barselona”ya icarəyə verməsini istəyib.

“Sport.es” portalının yaydığı xəbərə görə, braziliyalı futbolçu zədəsini sağaltdıqdan sonra keçmiş komandasına qayıtmaq fikrindədi. Klublar hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

2013-17-ci illərdə “Barselona”da çıxış edən Neymar ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçib. O, bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
football-plus.az

10Mənbələr