AZ

“Builki çempionat göstərdi ki, liqamızın səviyyəsi yüksəlir” - Sərxan Hacıyev

style='margin-bottom:10px;'>

“Qarabağ” komandasını erkən çempionluq münasibətilə təbrik edirəm”.

QOL.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev “Qarabağ”ın Azərbaycan Premyer Liqasında 11-ci çempionluğu əldə etməsi barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin bu cür uğurlarını növbəti mövsüm avrokuboklarda da davam etdirəcəyinə inandığını bildirib: “Qurban Qurbanovun komandası bu çempionluqla növbəti mövsüm bizi qitənin bir nömrəli klub turniri olan Çempionlar Liqasında təmsil etmək hüququ qazandı. İndidən onlara uğur arzulayıram. İnanıram ki, Ağdam təmsilçisi yenidən Azərbaycan xalqını tarixi qələbələrlə sevindirəcək”.

S.Hacıyev bu mövsüm Azərbaycan Premyer Liqasında avrokuboklar uğrunda gərgin mübarizə getdiyini söyləyib: “Builki çempionat göstərdi ki, liqamızın səviyyəsi yüksəlir”.

Qeyd edək ki, “Qarabağ” ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələrək sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib. Hazırda “köhlən atlar”ın aktivində 69 xal var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
2
teleqraf.com

2Mənbələr