AZ

Laçından bu maşınla çıxmışdı, bu maşınla da qayıdır - FOTO

Laçının dağları bizi gözləyir.

Bu sözləri Report-a Laçın şəhər sakini Şahlar Cəfərov deyib.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.

"Laçını tərk edəndə 20 yaşım var idi. Otuz iki ildən sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. 1992-ci ildə Laçından bu maşınla çıxmışdım, bu maşınla da bu gün öz doğma yurduma qayıdıram.

Avtomobili çətinliklə qoruyub saxlaya bildim. Hətta güllə izləri də qalmaqdadır. İndi öz əşyalarımızı yükləyib öz doğma yurdumuza qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".
 

Seçilən
27
5
Mənbələr
Şərh ()
Bağla