İspaniyanın \"Real\" klubu Almaniya təmsilçisi \"Bavariya\"nın müdafiəçisi Alfonso Deyvislə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Kanada millisinin üzvü \"Real\"a keçməyə yaxındır.
Madrid klubu 23 yaşlı müdafiəçiyə görə Münhen təmsilçisinə 25-30 milyon avro ödəməyə hazırdır. \"Bavariya\" isə təxminən 50 milyon avro almaq niyyətindədir.
Qeyd edək ki, Alfonso Deyvis bu mövsüm bütün turnirlər daxil olmaqla \"Bavariya\"nın heyətində 31 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.