AZ

Xabi Alonso “Bayer”dən niyə getmədi?

style='margin-bottom:10px;'>

Xabi Alonsonun yeni mövsümdə “Bayer”də qalmaq qərarı verməsinin səbəbi müəyyənləşib.

QOL.az xəbər verir ki, İspaniyanın “Marca” qəzeti 42 yaşlı mütəxəssin Karlo Ançelottinin gedişindən sonra “Real”ı çalışdırmaq arzusunda olduğunu yazıb. Qəzet bildirir ki, 2026-cı ilin yayında Ançelottinin “Real”la müqaviləsi başa çatır. Alonso məhz Ançelottinin gedişindən sonra “Real”a getmək istəyir. Bu səbəbdən o, “Bavariya” və “Liverpul”un təkliflərindən imtina edib.

Məlumata görə, o, məsələ ilə əlaqədar “Real” rəhbərliyi ilə də müzakirə aparıb və tərəflər razılığa gəliblər.

Xatırladaq ki, Xabi Alonso dünən keçirdiyi mətbuat konfransında 2024/25 mövsümündə də “Bayer”in baş məşqçisi vəzifəsində qalacağını açıqlayıb.

Seçilən
209
33
Mənbələr
Şərh ()
Bağla