AZ

Zümrüd Dadaşzadə: Piano həmişə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarının mərkəzində olub

Bakı, 30 mart, Anara Axundova, AZƏRTAC

Hər ilin 88-ci günü dünyanın bir çox ölkəsində ənənəvi olaraq Ümumdünya Piano Günü qeyd olunur. Bu münasibətlə AZƏRTAC-ın müxbiri musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə ilə söhbət edib və ondan bu alətin Azərbaycanını musiqi dünyasında əhəmiyyəti barədə danışmağı xahiş edib.

“Əlbəttə, fortepiano alətlərin şahıdır! Bu alət hisslərin bütün palitrasını əhatə edir, o, orkestri əvəz edə bilər, pianodan dinləyicini heyrətə gətirən səsləri çıxarmaq mümkündür. Fortepiano konsertləri həmişə diqqət mərkəzində olub və indi də belədir”, - deyə Zumrud Dadaşzadə qeyd edir.

Musiqişünasın dediyinə görə, Azərbaycanda fortepiano sənətinin formalaşması XIX əsrin sonlarında, ifaçılar üçün ilk siniflərin açıldığı dövrdə başlayıb.

“Fortepiano həmişə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarının mərkəzində olub. Qara Qarayev və Fikrət Əmirov kimi klassiklərimiz böyük nailiyyətlər əldə ediblər. Bu alətlə təcrübələr bu günə qədər davam edir: piano ən cəsarətli ideyalar üçün yaradıcı laboratoriyadır. Müasir bəstəkarlarımız da çox maraqlı yaradıcılıq nəticələri əldə edirlər”, - deyə Zumrud xanım əlavə edir.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın fortepiano sənətində ən parlaq hadisə muğamın fortepiano üçün nota köçürülməsi ilə məşğul olan musiqiçilərin yaradıcılığıdır.

“İlk gözəl pianoçularımızdan biri Xədicə Qayıbova ustalıqla fortepianoda muğam ifa edirdi və bu ənənə Vaqif Mustafazadə və başqaları tərəfindən davam etdirilib. Mənim təsəvvürümdə Vaqif Mustafazadənin yaradıcılığı həqiqətən də fərqlidir, tamamilə qeyri–adidir!”, - deyə professor vurğulayır.

Musiqişünas Azərbaycan musiqiçilərinin caz ifaçılığını xüsusilə vurğulayır və ənənənin bu istiqamətdə davam etdirildiyini deyir.

“Caz fortepiano ifaçılığında da gözəl nailiyyətlərimiz var: bu, həmın Vaqif Mustafazadədir və sonrakı caz ifaçıları nəslidir: Salman Qəmbərov, Emin Əfrasiyab, İsfar Sarabski və bir çox başqaları. İndi bu musiqiçilər bütün dünyada çıxış edirlər. Bundan əlavə, bizdə Şahin Növrəslinin bədii rəhbəri olduğu Beynəlxalq Piano Festivalı (Baku International Piano Festival) keçirilir. Bu, çox maraqlı eklektik festivaldır: orada bütün palitra: həm akademik ifaçılıq, həm caz ifaçılığı, həm də fortepianonun iştirakı ilə orijinal heyətlərin çıxışları təqdim olunur”, – deyə Zumrud xanım bildirir.

Musiqişünas gənc pianoçuların uğurlarını da qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda istedadlı gənclər çoxdur. Gənc ifaçılar daim çıxış edirlər, "Yeni adlar" layihəsində yaxşı təmsil olunurlar, layihə çərçivəsində hər ay konsertlər keçirilir.

“Lakin gəncləri dəstəkləmək lazımdır, onlar “A” sinfi Beynəlxalq müsabiqələrində özlərini sübut etməlidirlər. Əvvəllər Beynəlxalq Zaqafqaziya müsabiqələri keçirilirdi, indi isə, yəqin ki, türk dünyası ölkələrinin nümayəndələri üçün gənc pianoçularımızın özlərini sübut edə biləcəyi ciddi müsabiqələr təşkil etmək lazımdır”, - deyə Zumrud Dadaşzadə əlavə edir.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4250
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3778
Bu yol qovşağında təmir işləri aparılacaq
3310
Bakıda hoteldə yanğın başlayıb
2837
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1951
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1787
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1604
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1565
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1390
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1364
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1284
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1258
Azərbaycan nefti ucuzlaşıb
1199
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1058
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1049
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1043
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
985
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
916