AZ

Türkmənistan prezidenti 356 məhbusu əfv edib

Türkmənistan

Bakı, 30 mart, AZƏRTAC

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 356 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, əfv fərmanı Qədir gecəsi münasibətilə imzalanıb.

Sənədə əsasən, əfv olunan məhbuslar cəzanın əsas hissəsini çəkməkdən azad edilirlər. Eyni zamanda, onların işlə təmin olunması üçün yerli hakimiyyəti orqanlarına müvafiq tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Türkmənistanda 1999-cu ildən başlayaraq ildə 3-4 dəfə keçirilən əfv kampaniyaları əsas dövlət bayramlarına təsadüf edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
azertag.az

4Mənbələr