AZ

Şirniyyatlardan imtina edəndə orqanizmdə nə baş verir? 7 müsbət dəyişiklik

Kaliforniya Universiteti alimləri şəkər və şirniyyatlardan imtina edən insanın orqanizmində baş verən dəyişikliklərlə bağlı araşdırma aparıb.
 
Alimlər sübut edir ki, şəkər və şirniyyatlardan (tort, pirojna, konfet, şirin qazlı içkilər və s.) imtina edən insanın orqanizmində çoxlu sayda müsbət dəyişikliklər baş verir, bir çox orqan və sistemlərin fəaliyyəti xeyli yaxşılaşır, insanın sağlamlığı bərpa olunur.
 
 
Moderator.az sizə şəkərdən imtina etməyin müsbət nəticələrini təqdim edir.  
 
1. İlk növbədə bu ürək-damar sisteminə aiddir. Son araşdırmlar göstərib ki, əslində ürək-damar sisteminin əsas düşməni yağlı qidalar deyil, şəkərdir. Məhz şəkər damarlarda xroniki iltihab yaradır ki, nəticədə iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar zəifləyir, onların partlaması riski artır. Alimlərin fikrinə görə, şəkərdən imtina ürək-damar sistemi xəstəliklərinin riskini 2-3 dəfə azaldır.
 
2. Şəkər dərinin qocalması, qırışların əmələ gəlməsi prosesini sürətləndirir. Şəkər dərini cavan və dartılmış edən kollagen və elastin liflərinin dağılmasını tezləşdirir ki, dəri sallanmağa başlayır, qırışlarla örtülür. Beləliklə, şəkərdən imtina dərini daha cavan və baxımlı edəcək.
 
3. Şəkər bağırsaqların mikroflorasını pozur ki, nəticədə insanda müxtəlif həzm problemləri, köp, qarında ağırlıq, meteorizm əmələ gəlir. Orqanizmə lazım olan vitamin və mineralların sovrulması prosesi pozulur, bu maddələrin defisiti yaranır.
 
4. Bağırsaqların mikroflorası immun sistemi ilə sıx əlaqəlidir. Mikrofloranın pozulması immun sisteminin zəifləməsinə gətirib çıxardır. Beləliklə, şəkərdən imtina həm bağırsaqların mikroflorasına, həm immun sisteminə müsbət təsir edəcək.
 
5. Çoxdan sübut olunub ki, artıq çəkinin əsas səbəblərindən biri şəkərdir. Artıq şəkər orqanizmdə piyə çevrilir. Bu o deməkdir ki, şəkər və şirniyyatlardan imtina edən insan artıq çəkidən də xilas oluna bilər.
 
6. Şəkərin çoxlu miqdarda istehlakı sinir sisteminə də mənfi təsir edir - yaddaşı, təfəkkürü zəiflədir, yuxu pozulmaları və əsəbiliyə səbəb olur.  
 
7. Şəkər kişilərin əsas cinsi hormonu olan testosteronun ifrazını azaldır. Beləliklə, şəkərdən imtina kişilərdə cinsi funksiyasını yaxşılaşdıra bilər.
 
Bütün bunları nəzərə alaraq alimlər şəkər və şirniyyatları bal, meyvə və meyvə quruları ilə əvəz etməyə çağırır.    
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25952
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16797
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16582
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13935
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13669
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11351
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10896
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10594
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9312
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7148
Səidə Sultan klipi üçün lüt soyundu
7061
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6123
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5540
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5139
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4868
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4530
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4166