AZ

Futbolçu 10 milyonluq rüşvətə görə ömürlük həbs oluna bilər

Çin millisinin və İngiltərənin “Everton” komandasının sabiq futbolçusu Li Ti ömürlük həbs oluna bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis rüşvət almaqda təqsirli bilinir.

Keçmiş yarımmüdafiəçinin Çin millisinə pul qarşılığında futbolçu çağırması, danışılmış oyunlarda iştirakı, oyunçuların qanunsuz transferlərinin təşkilinə kömək etməsi, eləcə də yığma komandanın baş məşqçisi vəzifəsinə gəlmək üçün rüşvət verməsi sübut olunub. O, ümumilikdə 10 milyon dollardan çox rüşvət almaqda ittiham edilir.

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla