AZ

Nəbziniz sağlamlığınız haqqında nəyi ifadə edir?

Nəbziniz

Bakı, 30 mart, AZƏRTAC

Aşağı nəbz sağlam olduğumuz anlamına gəlmir. Böyük Britaniyanın “Guardian” qəzeti ürək döyüntülərinin sağlamlıq üçün nəyi ifadə etdiyi barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Dr.David Culpepper tələb olunan nəbzin sürətinin insanın sağlamlıq vəziyyəti və yaşı kimi faktorlara görə dəyişə biləcəyini diqqətə çatdırıb. O bildirib ki, idmançıların nəbzi 60-dan aşağı, körpələr və kiçik uşaqların nəbzi çox zaman 100-dən yuxarı olur. Ümumiyyətlə, yaşlandıqca bu rəqəm azalır: “Nəbziniz 60-dan aşağıdırsa, özünüzü bir idmançı kimi sağlam hesab edə bilərsiniz, lakin bunun bəzi istisnaları var. Aşağı nəbz ürəyin müəyyən problemlərini, qeyri-aktiv tiroid bezini və ya digər tibbi problemləri göstərə bilər. Bundan əlavə, xüsusilə yüksək təzyiq və ürək problemləri üçün istifadə edilən bəzi dərmanlar da nəbzin azalmasına səbəb ola bilər”.

Londondakı Mayo Klinikasında fəaliyyət göstərən kardioloq Elijah Behr həyat tərzinin ürək döyüntüsünə təsirinə diqqət çəkib: “Kofein adrenalinin ürəyə təsirini artırır. Yəni, yüksək miqdarda çay, qəhvə və ya enerji içkiləri istehlak etmək müvəqqəti olaraq nəbzinizi artıra bilər. Siqaretdəki nikotinin də oxşar təsiri var, bu, uzun müddət ürək və qan dövranı problemlərinə səbəb olur. Stress, narahatlıq və həyəcan kimi duyğular da ürək döyüntülərini sürətləndirir. Heç bir səbəb olmadan meydana gələn ürək döyüntüsindəki artımlara diqqət yetirilməsi vacibdir. Nəbz heç bir səbəb olmadan artarsa, bunun səbəbi bilinməyən bir ürək problemi ola bilər və mütləq müayinə olunmalıdır. Nəbz artıb huşunu itirmə və başgicəllənməyə səbəb olarsa, vəziyyət daha da ciddidir”.

Mütəxəssislər, həmçinin idman etdikdən və ya həyəcanlandıqdan sonra nəbzin nə qədər müddətdə normala dönməsinin vacib olduğunu qeyd ediblər.

Seçilən
139
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3625
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3497
Bu yol qovşağında təmir işləri aparılacaq
2985
Bakıda hoteldə yanğın başlayıb
2564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1636
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1549
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1369
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1191
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1190
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1185
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1009
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
995
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
903
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
882
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
872
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
837
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
814
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
794
Sabah 5 kəndin qazı kəsiləcək
754