AZ

La Liqa: “Qranada” “Kadis”ə məğlub oldu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Kadis” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Yekunda meydan sahibləri bu matçdan çətin qələbə ilə ayrılıblar.

30-cu turun qalan qarşılaşmaları qarşıdakı günlərə təsadüf edəcək.

İspaniya, La Liqa
30-cu tur
29 mart

Kadis – Qranada 1:0
Qol: R.Navarro, 51.

30 mart

17:00. Xetafe – Sevilya
19:15. Almeriya – Osasuna
21:30. Valensiya – Malyorka
00:00. Barselona – Las Palmas

31 mart

16:00. Selta – Rayo Valyekano
18:15. Jirona – Betis
20:30. Alaves – Real Sosyedad
23:00. Real – Atletik

1 aprel

23:00. Vilyarreal – Atletiko

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2

1Mənbələr

Şərh ()
Bağla