AZ

4 yaşında kitab yazdı - Dünyanın ən gənc yazıçısının hekayəsi

İnsan istəsə, hətta uşaqlıqdan yazıçı ola bilərmiş.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin gənc sakini Səid Rəşid Əl-Mhairi sübut edib.

2023-cü ildə onun "Fil və Ayı Dedi" adlı kitabı nəşr olunub.
Əsər heyvanların dostluğundan bəhs edir. Kitab nəşr olunanda Səid Rəşid Əl-Mhairi dörd yaşında idi.
Bir vaxtlar oğlanın böyük bacısı iki dildə yazılmış kitab çıxarmaq üçün ən gənc yazıçı statusu alıb.
Sevdiyi adamın uğuru Səid Rəşid Əl-Mhairi ruhlandırıb.
Gənc yaradıcı fil və ayı arasında dostluğun necə başladığı haqqında kitab yazıb. Nailiyyət Ginnesin Rekordlar Kitabında qeyd olunub.
Kitabın oxucular arasında kifayət qədər populyar olduğunu vurğulamaq yerinə düşər: satılan nüsxələrin sayı mini keçib.
Bundan sonra o bir ildə daha 3 kitab yazıb.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla