AZ

Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar

Cənubi Koreyanın "Booyoung Group" şirkəti işçilərinə dünyaya gətirəcəkləri hər uşaq üçün 75 min dollar verəcəyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Seulda yerləşən tikinti şirkəti əməkdaşlarına hər uşaq dünyaya gətirən zaman 100 milyon Koreya vonu (təxminən 125 min manat) ödəməyi planlaşdırdıqlarını elan edib.

Şirkət əlavə olaraq, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə 7 milyard Koreya vonu (təxminən 8,92 milyon manat) pul ödəyəcək.

Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum nisbətinə malikdir. Mütəxəssislərin proqnozlarına görə, bunun 2025-ci ilə qədər daha da azalacağı gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla