AZ

“Azercell” gənclərin inkişafını dəstəkləməyə davam edir

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin “Novruz kamp”ı təşkil olunub.

Publika.az xəbər verir ki, 23-26 mart tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib.

Kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər.

Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.

Seçilən
149
16
Mənbələr
Şərh ()
Bağla