AZ

HƏMAS lideri İranın Baş Qərargah rəisi ilə görüşdü

HƏMAS lideri İsmayıl Haniyə Tehranda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Qəzzadakı müharibə müzakirə olunub.

HƏMAS lideri İran dövlətinin və dövlət xadimlərinin Fələstin xalqına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
49
6
Mənbələr
Şərh ()
Bağla