AZ

Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoli Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviçin səhhəti və qayğıları ilə yaxından maraqlanıblar.

Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, A.Davidoviç Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala təxliyə olunub, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o 1992-ci il iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Seçilən
56
18
Mənbələr
Şərh ()
Bağla