"Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyıcı şirkəti məhkəməyə verib.
Valyuta.az-ın məlumatına görə, şirkət rəhbərliyi "Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - maddi ziyanın ödənilməsi” barədə iddia qaldırıb.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.
Xatırladaq ki, “Çinar-Trans” MMC daşıyıcı şirkətdir, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi İsmayıl Hüseynovdur.
Sadiq İsbəndərli