AZ

Hikmət Hacıyev: ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: “Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.

“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub”, – Prezidentin köməkçisi vurğulayıb.

“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, – o bildirib.

H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: “Ola bilsin ki, bu, uzun proses olacaq”.

O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: “Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.

Seçilən
130
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14294
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13659
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13389
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11878
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9623
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8243
"Zaur, yenə çaşdın..." - VİDEO
7387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5545
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3730
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3716
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3465
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3376
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3274
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2983
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2969
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
2911
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2765
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2687
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2537