AZ

Kremldən Puqaçova ilə bağlı açıqlama

Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması məsələsinə baxılması barədə heç nə bilmirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr, düzünü desəm, bu barədə heç nə eşitməmişəm", - o bildirib.

Qeyd edək ki, rusiyalı fəal Vitali Borodin Rusiya Baş Prokurorluğunun Alla Puqaçovanı xarici agent kimi tanıyacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla