AZ

Ölkəmizdə yanğınsöndürən və kommunal texnika istehsal ediləcək

2028-2029-cu illərdən etibarən Azərbaycanda yanğınsöndürən və kommunal texnikaların istehsalına başlanması planlaşdırılır.

FED.az xəbər verir ki, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin direktoru Fərid Abdullayev bildirib ki, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək zavod 2024-cü ilin IV rübündə hazır olacaq. Artıq 6440 kvadratmetr sahədə qurulan zavodun tikintisinin 5 faizi yerinə yetirilib. Bununla yanaşı, müəssisənin nəzarət-buraxılış məntəqəsinin 30, ofis binasının 20, qonaq evi binasının 25 faizi tikilib.

F.Abdullayev qeyd edib ki, layihə çərçivəsində mərhələli şəkildə minatəmizləyən, tentli yarımqoşqu, eləcə də yanğınsöndürən və kommunal texnikalar istehsal ediləcək. Zavodda, ilkin olaraq, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı həyata keçiriləcək. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixrac da ediləcək. 2028-2029-cu ildən isə zavodda yanğınsöndürən və kommunal texnikaların istehsalı planlaşdırılır. Zavodun illik istehsal gücü 300 ədəd tentli yarımqoşqu, 100 ədəd yanğınsöndürən maşın, 100 ədəd zirehli maşın və 100 ədəd mexaniki minatəmizləyən texnika olacaq.

MMC direktoru əlavə edib ki, layihənin investisiya dəyərinin ilkin olaraq 7,4 milyon manat olacağı açıqlansa da, bu dəyərin 10 milyon manata yüksələcəyi gözlənilir. İndiyədək müəssisənin qurulmasına təxminən 2 milyon 200 min manat xərclənib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3725
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3536
Bu yol qovşağında təmir işləri aparılacaq
3024
Bakıda hoteldə yanğın başlayıb
2581
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1731
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1593
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1509
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1408
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1240
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1237
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1209
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1092
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1042
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
929
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
910
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
861
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
838
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
760