AZ

Laçında uşaqların kompleks tibbi müayinəsi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN)“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir. Nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir Laçın şəhərində keçirilib. Aksiya zamanı SN K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar. Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib”.Daha sonra xəbərdə, “tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib. Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib” deyə qeyd olunur.Xəbərdə həmçinin bildirilir ki, “bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədi ilə Nazirlik ərəfindən müəyyən edilən Azərbaycanın Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Eləcə də valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb”.Qeyd edək ki, SN ərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Seçilən
217
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3825
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3582
Bu yol qovşağında təmir işləri aparılacaq
3086
Bakıda hoteldə yanğın başlayıb
2697
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1791
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1655
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1543
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1454
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1327
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1243
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1240
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1155
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1095
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
945
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
945
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
909
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
901
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
859
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
831
Sabah 5 kəndin qazı kəsiləcək
777