AZ

Əlil gənc "Krokus"da sevgilisini xilas etdi, özü öldü

Rusiyada baş vermiş dəhşətli terror aktının qurbanlarının həyat hekayələri araşdırılmağa başlayıb.
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ən çox diqqət çəkən şəxslərdən biri əlil arabasında olmasına baxmayaraq sevgilisini xilas edən  25 yaşlı Maksim Verbenin olub.
 
Araşdırmalardan məlum olub ki, onun həyatı yeniyetməlik illərində kəskin şəkildə dəyişib. Onurğa əzələlərinin atrofiyası (SMA) Maksimi əlil arabasında oturmağa və həyat uğrunda mübarizəyə başlamağa məcbur edib. Onun bahalı reabilitasiyası yalnız ianələr hesabına ödənilə bilirdi.
 
2020-ci ildə, koronavirus pandemiyası başlayanda reabilitasiyasında yaranan fasilələr səbibilə Maksimin halı pisləşir və o yataq xəstəsi olur.

Lakin Verbenin təslim olmur, itirilmiş ayaqlarını bərpa etmək üçün uğurla mübarizə aparır və bu ərəfədə Natalya adlı xanımla sevgili olur. Bu münasibət ona yaşamaq üçün yeni stimul verir.
 
Maksim 22 mart 2024-cü ildə Crocus City Hallda keçiriləcək "Piknik" qrupunun konserti üçün biletlər alaraq rok qrupunun pərəstişkarı olan Nataşaya sürpriz etmək qərarına gəlir.

Atışma səsləri eşidəndə Verbenin və Nataşa çıxışa doğru qaçıblar, lakin orada əlil arabaları üçün qurğunun olmaması onların işini çətinləşdirib və terrorçular bundan istifadə edərək onlara atəş açıblar.

Nataşa Maksimin yanından ayrılmayıb və onlar atəşə məruz qalanda Maksim, qızın üstünə yıxılaraq bədəni ilə onu güllələrdən qoruyub. Verbenin döş qəfəsindən aldığı bir neçə yaradan yerindəcə həlak olsa da Nataşa məkandan qaçmağı bacarıb. O, hal-hazırda xəstəxanaya yerləşdirilib. 
 
7News.Az
Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq