AZ

Di Mariyanın ailəsini ölümlə hədələyən dəstənin üzvləri saxlanıdı

Argentina millisinin futbolçusu Anxel Di Mariyanın ailəsini ölümlə hədələyən dəstənin üzvləri saxlanılıb.Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, dünya çempionuna hədə-qorxu gələn qrupun hər üç iştirakçısı Argentina hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.Onlardan birinin evindən silah və narkotik maddə tapılıb. Onlar Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisinin Rosariodan 20 kilometr aralıda yerləşən evinin yanına təhdid məktubu qoyublar.Qeyd edək ki, Anxel Di Mariya 2022-ci ildə dünya çempionu olan Argentina millisinin heyətində yer alıb.

Seçilən
170
4
Mənbələr
Şərh ()
Bağla