AZ

Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb

“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Tacikistanda 9 nəfər saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəlilər terrorçulardan ikisinin yaşadığı Vəhdət şəhərində saxlanılıb.

Saxlanılanlar “Crocus”a hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə şübhəli bilinirlər.

Seçilən
56
11
Mənbələr
Şərh ()
Bağla