AZ

Bəs Arayiklə müsahibə “kimdən asılıdır”? – Qaş düzəltmək istəyən AzTv göz çıxartdı

Azərbaycan Televiziyası (AzTV) əvvəlcədən anons etdiyi “Arayik Arutunyanla müsahibəni”ni yayımlamadı.

Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibənin martin 28-də efirə gedəcəyi ilə bağlı anons AzTv-nin öz sösial şəbəkə hesabında yayılmışdı. Amma məlum olduğu kimi, hər kəsin səbirsizliklə gözlədiyi müsahibə efirə verilmədi.

Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bu anonsun sonradan AzTV-nin sosial şəbəkə hesablarından silindiyini vurğulayıb. Onun “müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil” ifadəsini anlamaq isə qeyri-mümkündür. Çünki bu, AzTV-dəki idarəetmənin böyük qüsurundan xabər verir.

Adama deyərlər ki, axı anonsun yayılması vacib deyildi. Çünki artıq bir dəfə AzTV bu müsahibənin alınması ilə bağlı bəh-bəhlə xəbər yaymışdı.

Bundan başqa, teleetika qaydalarına görə, aparıcılardan kimsə efirə çıxararq “Hörmətli tamaşaçılar, sizdən üzr istəyirik, texniki problemlər səbəbindən əvvəlcədən elan edilmiş müsahibə efirə getməyəcək” üzrxahlığını elan etməli idi. Yoxsa “müsahibənin efirə getməsi tək bizdən asılı deyil” açıqlaması (daha doğrusu, sayıqlaması) nə deməkdir?! Əgər müsahibənin efirə getməsi məsləhət deyildisə, anonsa nə ehtiyac vardı? 

AzTV efirində dəfələrlə beynəlxalq terror və erməni işğalı haqqında sanballı filmlər, müsahibələr yayımlanıb. Onların müəlliflərindən biri də AzTV-nin “Xəzər” redaksiyasının mərhum baş redaktoru Samir Əsgərxanov olub.

Tanınmış jurnalist İbrahim Nəbioğlunun “rusdilli Boz Qurd” adlandırdığı və cəmi 35 il ömür sürən Samir Əsgərxanovun ərsəyə gətirdiyi “Qanlı iz”, “650 km uzununda yol”, “Satqın generallar” kimi sənədli filmlər böyük tamaşaçı rəğbəti qazanmışdı. O, “PKK” terror təşkilatı ilə ermənilər arasındakı əlaqələri araşdırır, terrorla bağlı geniş tədqiqatlar aparırdı. Sonradan Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti) “Samir Əsgərxanov” mükafatı təsis etməsi də jurnalistin dövlətimizin mənafeyi naminə göstərdiyi fəaliyyətin yüksək səviyyədə qiymətləndirilməsi demək idi.

Görün haradan haraya gəlmişik?!

KONKRET.az-ın Analitik Qrupu

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17817
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17417
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16580
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14966
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13897
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11618
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
10650
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10425
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10363
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9927
"Zaur, yenə çaşdın..." - VİDEO
8362
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7199
Minimum əmək haqqı nə qədər arta bilər?
6539
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6273
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5943
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5051
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4977
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4750
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4093