AZ

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Paris, 29 mart, AZƏRTAC

Fransa dövləti sonda qovulduğu bütün müstəmləkələrdə olduğu kimi, Korsikada da həmişə çirkin hiylələrə, iyrənc hərəkətlərə, eləcə də hüquqları kimi, varlığını da inkar etdiyi xalqın tələbləri qarşısında dövlət adından qurulan daimi yalanın xidmət etdiyi çoxşaxəli repressiyalara üstünlük verib. Beləliklə, institusional yalanlar öz azadlıqlarını bərpa etmək üçün mübarizə aparan xalqların müqaviməti ilə üzləşən bütün dövlətlərin üstünlük verdiyi silahdır.

Korsikalılar yaxşı bilirlər ki, onlar həqiqəti axtarmaq üçün uzun, çətin mübarizə aparmalı olacaqlar və həqiqəti yalnız öz axtarışları sayəsində əldə edəcəklər.

1998-ci ildə prefekt Klod Erinyakın öldürülməsinə görə ömürlük həbs cəzasına məhkum edilmiş korsikalı çoban İvan Kolonanı 2022-ci il martın 21-də Arles həbsxanasında qətlə yetirmiş Frank Elonq Abenin şübhəli versiya dəyişikliyi Korsikanı yenidən silkələyib. F. Elonq Abe bildirib ki, o, Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSİ) agentləri tərəfindən verilən sifarişi yerinə yetirmək üçün İvan Kolonanı öldürüb. F.Elonq Abe istintaq hakiminə göndərdiyi məktubda bunu bir daha təsdiqləyib. F. Elonq Abe 2015-ci ilin noyabrından “böyük təhlükə”, “qeyri-sabit” və “davamlı zorakı” davranışına görə xüsusi ciddi məhbus (DPS) kimi təsnif edilib.

Elonq Abe istintaq hakiminə göndərdiyi 4 səhifəlik məktubunda manipulyasiyanın qurbanı olduğunu deyir və külli miqdarda pul vədinə (həbsdə qalacağı hər ilə 100 min avro) uyaraq hərəkət etdiyini bildirib. “France 3” və “Corse matin” portalları bu məlumatı təsdiqləyiblər. Məktubunda o, həmin şəxslərin adını açıqlamır, ancaq DGSİ-nin strateqlərinin, yəni, Daxili Təhlükəsizlik Baş İdarəsinin və Fransa dövlətinin onu manipulyasiya etdiklərini göstərir.

Korsika mətbuatının apardığı təhlillər nəticəsində məlum olub ki, əslində, hələ istintaqın əvvəlində F. Elonq Abe dinləmələrdə bunu aydın şəkildə deyib. İstintaq dinləmələrində o, İ. Kolonaya qarşı heç bir şəxsi qərəzinin olmadığını bildirib. Qeyd edib ki, İ.Kolonaya bir gün əl qaldıracağına heç vaxt inanmazdı.

Daxili İşlər Nazirliyinin sözçüsü E. Abenin etiraflarının yalan və əsassız olduğunu bildirsə də, istintaqa rəhbərlik edən müstəntiq bu məktubun istintaq işinə əlavə olunmasına qərar verib. İvan Kolonanın ailəsinin vəkili də bu məktubun mövcudluğunu öyrənən kimi dərhal reaksiya verib və “ehtiyatla qəbul edilməli olsa belə, bu məktubun istintaq işinə əlavə olunmasının vacibliyini, yeni elementlə bağlı əlavə araşdırmaların aparılacağına əminliyini vurğulayıb. İstintaqa rəhbərlik edən müstəntiq və ailə vəkili E. Abenin motivasiyasını dəqiq başa düşmək və hər şeyi aydın görmək üçün bu məktubun vacibliyini bildiriblər. Beləliklə, indiyədək aparılan istintaq terror aktı ehtimalını üzə çıxarıb və Milli Terrorla Mübarizə Prokurorluğu prosesə qoşulub.

İvan Kolonanın ölümünü araşdıran parlament komissiyası da hesabatında F.Elonq Abenin təhlükəli olmasının qiymətləndirilməsində ciddi uğursuzluqların mövcudluğunu və ona tətbiq edilən həbsxana rəftarının sərtliyini, penitensiar müəssisədəki ümumi disfunksiyanı qeyd edib.

Xatırladaq ki, hələ 2022-ci ildə İ. Kolona qətlə yetirilən zaman Fransa dövlətinin intiqam aldığı ehtimal olunurdu.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3379
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3256
Bu yol qovşağında təmir işləri aparılacaq
2740
Bakıda hoteldə yanğın başlayıb
2302
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1417
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1389
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1252
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1086
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1070
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
890
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
848
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
811
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
807
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
770
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
752
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
750
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
721
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
710
Sabah 5 kəndin qazı kəsiləcək
702