- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.
Deputat vurğulayıb ki, cavan qızlar ana olmaq istəmirlər: “Ailə məsələsi, gender proqramları, ailə institutunun nizamlanması və s. nəyə xidmət edir, hansı gizli layihənin bir hissəsidir, başa düşə bilmirəm. Uşaqpulunu kəsməklə o proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır.