AZ

Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub

Təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir.
Ednews  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2023-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1,7 mlrd. dollar təşkil edib. Bununla belə, pul baratlarının həcmi əvvəlki ilə nisbətən 64% azalıb.
 “2022-ci ildə Rusiya-Ukrayna münaqişəsilə bağlı xüsusilə də Rusiyadan Azərbaycana yüksək həcmdə pul baratları daxil olurdu. İndi həmin pul baratları azalıb. Bu isə ümumi həcmə təsir edib” - AMB rəsmisi bildirib.
Samir Nəsirov həmçinin, Azərbaycandan xaricə göndərilən pul baratlarının da azaldığını qeyd edib: “ 2022-ci ildə xaricə 665 milyon dollar həcmində pul baratı göndərilibsə, ötən il bu rəqəm 550 milyon dollar təşkil edib”.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla