AZ

Bu tələblərin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır

Bakı. Trend:

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasınınhüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr vəinzibati həbs müddəti artırılır.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinətəklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatınaparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələrolan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasınınpozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadəkmiqdarda (hazırda əlli manatdan səksən manatadək) cərimə edilir vəya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadəkmüddətə (hazırda 15 gün) inzibati həbs tətbiq olunur, vəzifəlişəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək (hazırda dördyüz əlli manatdan altı yüz manatadək) miqdarda, hüquqi şəxslər ikimin manatdan üç min manatadək (hazırda iki min manatdan üç minmanatadək) miqdarda cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
40
16
Mənbələr
Şərh ()
Bağla