AZ

"Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər" - Siyavuş Novruzov

"Bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər hansı hüququnu təmin edə bilməz". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bldirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı: "İkincisi, Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı alındı. Bu onun göstəricisidir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə olan demokratiyanın, söz, mətbuat azadlığının göstəricisidir. Bunu gözü götürməyən qüvvələr isə çoxdur. Hətta bəzi partiya sədrləri, blogerlər var, deyirlər ki, dünyanın müxtəlif yerlərində, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi. Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər”.

Seçilən
65
6
Mənbələr
Şərh ()
Bağla