AZ

Novruz günlərində seçicilərlə görüşlər keçirilib – FOTO

115 saylı Seçki dairəsinin deputatı Cavanşir Feyziyev Novruz bayramı ilə əlaqədar verilmiş bir həftəlik tətil günlərini Şəki rayonunda seçiciləri ilə görüşlərdə keçirib.
İlk görüş Şəki şəhərinin sakinləri ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Millət vəkili görüş iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib və onlara ən xoş arzularını bildirib. Ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı seçiciləri məlumatlandıran millət vəkili Böyük Qayıdışın təmin olunması ilə bağlı Qarabağ ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara toxunan deputat sülh müqaviləsi ətrafında bölgədən kənar qüvvələr tərəfindən aparılan destruktiv fəaliyyətin mahiyyətini izah edib. Şəki seçiciləri Azərbaycan dövləti tərəfindən aparılan xarici və daxili siyasəti yekdilliklə dəstəklədiklərini bildirib və Prezident İlham Əliyevə yeni prezidentlik dövründə uğurlar arzulayıblar.

Kollektiv görüşdən sonra deputat bir sıra seçicilərin müraciətləri ilə bağlı onları fərdi şəkildə qəbul edib və onların müraciətlərini dinləyib. Qaldırılan məsələlər əsasən vətəndaşların sağlamlıq, təhsil və məişət problemləri ilə bağlı olub. Millət vəkili qaldırılan məsələlərlə bağlı qeydlər götürərək onların müvafiq icra qurumları ilə müzakirə olunacağını və nəticəsi haqqında vətəndaşlara məlumat veriləcəyini bildirib.

Növbəti görüş Küdürlü kənd sakinləri ilə keçirilib. Kənd sakinləri yolların bərbad vəziyyətdə olması, kəndə təbii qazın verilməməsi və bununla bağlı qış mövsümündə istilik problemi ilə üzləşdiklərini bildiriblər. Deputat Küdürlü kənd sakinlərinin problemlərini müvafiq icra qurumları qarşısında qaldırılacağını bildirib.
Daha bir görüş Şəki rayonunun Orta Zəyzid kəndində keçirilib. Kənd İcra nümayəndəsinin, bələdiyyə sədrinin və ziyalıların iştirak etdiyi görüşdə Orta Zəyzid sakinləri yaşadıqları ərazidə demək olar ki, bütün problemlərin öz həllini tapdığını bildiriblər.kənd ərazisində tikilmiş bir sıra fərdi yaşayış evlərinə təbii qazın çəkilməməsi, sel sularından qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olmasından da danışılıb. Kənd sakinləri öz çıxışlarında Azərbaycan dövlətinin apardığı xarici və daxili siyasəti yekdilliklə dəstəklədiklərini ifadə ediblər.

Daha bir görüş Şəki rayonunun Şəki kəndində keçirilib. Kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və kənd ziyalılarının toplaşdığı görüşdə ölkədə mövcud ictimai-siyasi vəziyyətlə bağlı söhbətlər aparılıb. Kənd sakinləri rayonlar arası magistral yoldan kəndin mərkəzinədək olan məsafədə yollara asfalt örtüyü çəkilməsini arzuladıqlarını bildiriblər. deputat qaldırılan məsələnin müvafiq qurumlarla müzakirə ediləcəyini bildirib.

Seçilən
41
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16419
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16072
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15596
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13606
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12395
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9633
"Zaur, yenə çaşdın..." - VİDEO
7916
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6130
Minimum əmək haqqı nə qədər arta bilər?
6071
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5263
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5214
Çingiz Mustafayevin toyudur - FOTOLAR
4999
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4520
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4282
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4192
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3281
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3272
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3044
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3010