AZ

Moskvadakı terrorda yaralananların sayı artdı

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində zərər çəkənlərin sayı 382 nəfərə çatıb.Hafta.az xəbər verir ki, bu barədə TASS-a hadisə ilə bağlı yaradılan Tibbi Mərkəzdən bildirilib.“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Əksəriyyətə, yəni 217 zərərçəkənə ambulator yardım göstərilib. Əvvəllər 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - deyə mənbə qeyd edib.Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar.Hadisə nəticəsində 143 nəfər ölüb.

Seçilən
170
1
Mənbələr
Şərh ()
Bağla