AZ

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin “Türkoloji  araşdırmalar” elmi-tədqiqat laboratoriyasında görkəmli türkoloq alim, Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Ramiz Əskərin 70 illiyinə həsr olunmuş “Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi” mövzusunda elmi seminar keçirilib.
 
Bu badərə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov tanınmış ziyalının həyatı və fəaliyyəti haqqında geniş məlumat verib, alimin türkoloji dilçilik sahəsindəki araşdırmalarının əhəmiyyətindən söz açıb. Bildirib ki, Ramiz Əskərin ədəbi-publisistik və tərcümə yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar jurnalist fəxri adı, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub, həmçinin müxtəlif türk dövlətlərinin yüksək mükafatlarına layiq görülüb.
 
Türkologiya kafedrasının professoru Elbrus Əzizov Ramiz Əskərin yaradıcılığında ümumtürk abidələrinin, xüsusilə Mahmud Kaşğarinin “Divanü-lügat-it türk” və Yusif  Balasaqunlunun “Qutadqu bilik” əsərlərinin tədqiqi və tərcüməsindən, türkologiyaya dair müxtəlif ədəbi və elmi mənbələrin dilimizə çevrilərək azərbaycanlı oxuculara təqdim olunmasında müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, alimin illər öncə nəşrə hazırladığı Mahmud Kaşğarinin IV cildlik “Divanü-lügat-it türk” əsəri bu gün ölkəmizdə bütün türkoloqların stolüstü kitabıdır.
 
Sonra “Türkoloji  araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – Pərvin Eyvazov “Ramiz Əskər Bəkir Çobanzadə irsinin tədqiqatçısı kimi” və Ramil Bayramov “Ramiz Əskərin tərcümə yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər.
 
Elmi seminarda Türkologiya kafedrasının dosentləri – Afaq Məmmədova, Firəngiz Kərimli, Gülgün Əliyeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Tələbə Elmi Cəmiyyətinin üzvləri Ramiz Əskərin zəngin yaradıcılığından, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, türk dövlətləri ilə elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərindən danışıb, tanınmış alimə yubiley təbriklərini çatdırıblar.
 
Sonda söz yubilyara verilib. Ramiz Əskər onun fəaliyyətinə verilən yüksək dəyərə, deyilən xoş sözlərə və səmimi diləklərə görə iştirakçılara təşəkkürünü bildirib, dövlət başçısınının və elmi ictimaiyyətin ona göstərdiyi böyük etimadı bundan sonra da doğruldacağına əminliyini bildirib.
Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18964
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18918
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18002
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17291
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15798
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15518
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15245
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15033
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11505
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11110
"Zaur, yenə çaşdın..." - VİDEO
8717
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7790
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7175
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7083
Minimum əmək haqqı nə qədər arta bilər?
6940
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6703
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6077
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5875
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5620