AZ

"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

Misli premyer-liqasının 28-ci turunda bu gün “Neftçi”ni qəbul edəcək "Qəbələ" oyuna itkilərlə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın kapitanı Asif Məmmədov və hücumçu Ülvi İsgəndərov zədə səbəbindən bugünkü görüşü buraxacaq.Hər iki futbolçu komandanın dünənki məşqində iştirak etməyib.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16.30-da başlayacaq.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla