AZ

Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri bildirib ki, Cenevrə şəhərinə səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü barədə məlumat verib.

Herbiand.az xəbər verir ki, spiker görüşün Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunduğunu bildirib.

"Aparılmış müzakirələr zamanı davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib" - deyə xanım spiker bildirib. 

Seçilən
191
3
Mənbələr
Şərh ()
Bağla