AZ

İrandan “Xəzər dənizi” açıqlaması

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səylərini regionun maraqlarına zidd adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayımlanan bəyanatda deyilir: “Əmir Abdullahiyan bəzi üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun təmin edilməsi üzrə hərəkətlərini regionun maraqlarına zidd adlandırıb”.

İran Xarici İşlər Nazirliyinin rəhbəri üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla