AZ

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

Tanınmış

Bakı, 29 mart, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundov xərçəng xəstəliyindən vəfat edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. O, 1948-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun məzunu idi. “Şimal-Şərqi Azərbaycanın yaşayış məntəqələrinin tarixi topoqrafiyası və məskunlaşma sistemi” mövzusunda namizədlik, “Şimal-Qərbi Azərbaycan Eneolit və Tunc dövrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi.

Azərbaycan arxeologiyasında cəmiyyətin inkişaf dinamikasının ətraf mühitin inkişaf qanunları ilə əlaqədar təhlilinə əsaslanaraq abidələrin mövcudluğunun əvvəlcədən proqnozlaşdırılması, Şimal-Qərbi Azərbaycanda arxeoloji ənənələrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, Cənubi Qafqazda Tunc dövrü yeni arxeoloji ənənəsinin əsaslandırılması, Qafqazın ən qədim metallurgiyasının faktiki sübutlarının aşkarlanması alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi.

Tufan Axundovun iştirakı ilə Alxantəpə və Polutəpə abidələri kəşf edilib, onun Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunub. Alim, həmçinin 100-dən çox elmi əsərin, “Təlatümlü illər”, “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi”, “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri”, “Azərbaycan torpağına türbət demişəm” kimi kitabların müəllifi idi.

Allah rəhmət eləsin!

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla