AZ

40 yaşında görünürəm - Bayden

Tarix: 29 Mart 2024 10:34

ABŞ Prezidenti Co Bayden yaşlılığın onu daha müdrik etdiyini deyib və zarafat edib ki, 40 yaşında görünür.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evdə çıxışında deyib.
"Məncə, müşahidə etmisinizsə, heç nədən asılı olmayaraq, yaş sizi müdrikləşdirir. Bundan başqa, bilirəm ki, mən qırxdan çox da yaşlı görünmürəm", - o bildirib.
Yaşla bağlı sualı cavablandıran ABŞ Prezidenti gələcək seçkidə əsas rəqibi respublikaçı Donald Trampı yenidən tənqid etmək fürsətini əldən verməyib və onun fikirlərini köhnəlmiş adlandırıb:
"Çox təcrübəli olduğumu bilmirəm (prezident postu üçün - red.), amma ümid edirəm ki, tənqidçilərin fikirləri çox da köhnəlməyib. Bilirsiniz, o vaxt rəqibim olan və bu dəfə də rəqibim olan bu oğlanın (Tramp-red.) ideyaları 18-19-cu əsrdən gəlir. Bura onun konstitusiyanın fəaliyyətini dayandırmaq istəyi və ümumiyyətlə, dediyi hər fikirlər daxildir".

Milli.Az

Seçilən
221
3
Mənbələr
Şərh ()
Bağla