“Biz gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, səhər prezidentlər və baş nazirlər artıq görüşəndə Paşinyan konsensusun olmadığını bildirdi. Bir neçə gün sonra Paşinyan Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasını Ermənistana dəvət etdi. Rəsmi İrəvan Azərbaycana bunun cəmi iki ay çəkəcəyini vəd etmişdi. İki aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya Şimali Atlantika Alyansının missiyasına çevrilir”, - nazir qeyd edib.