AZ

"Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir"

Image

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb. Xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının Azərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər mövzularda suallarını cavablandırıb.

Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub.

Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki, Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olan Şərq-Qərb Nəqliyyat Dəhlizi rəqabətədavamlı, eyni zamanda, təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər. Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı konfransında əsas mövzu olacaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: “Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərin tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədri Si Cinpin dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”.

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. 
Mətləb Salahov





Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18901
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18877
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17990
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17277
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15789
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15440
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15186
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15018
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11492
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11103
"Zaur, yenə çaşdın..." - VİDEO
8707
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7778
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7151
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7037
Minimum əmək haqqı nə qədər arta bilər?
6933
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6696
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5920
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5857
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5614