AZ

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq davamlıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliklə BMT İn­kişaf Proqramı arasında uğurlu əmək­daşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizdə aparılan sosial islahatlar, DOST Konsepsiyası barədə məlumat verilib. Aparılan islahatların uğurları­nın beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü bildirilib. Sosial mü­dafiə sisteminin gücləndirilməsi üçün görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
A.Rokkasalvo həssas qrupların so­sial müdafiəsi, onların əmək bazarına, habelə kiçik biznesə çıxış imkanlarının artırılması işlərində birgə fəaliyyət təc­rübəsindən məmnunluğunu ifadə edib.
Görüşdə həmin layihələrin nəticələ­rinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla