AZ

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

“Le Figaro” nəşrində Azərbaycan əleyhinə yayımlanan materiallar Fransanın “Qarabağ kartını” aktuallaşdırmaq cəhdləri kontekstində diqqət çəkdi.
Nəşrin hazırladığı “Dağlıq Qarabağın yoxa çıxması, Fransanın qarşısıalınmaz vədinin xronikası” adlı məqalə Emmanuel Makronun “təmizə çıxarılması”na və bir fikri aşılamağa hesablanıb: Makron Qarabağ erməniləri uğrunda sona qədər döyüşdü, lakin uğursuz olması ondan yox, digər Qərb ölkələrinin dəstək verməməsindən qaynaqlanır; misal üçün, Qarabağla bağlı keçirmək istədikləri konfransa ABŞ mane olub, həmçinin, “erməni məsələsini” Roma Papasının gündəliyinə daxil etmək istəyi baş tutmayıb; Makronun media üzərindən ötürmək istədiyi iki mesaj var: - Fransadakı erməni diasporuna “əlindən gələn hər şeyi” etdiyini göstərir və uğursuzluğun məsuliyyətini digər ölkələrin – ABŞ-ın, hətta Vatikanın üzərinə qoymaq istəyir; - Qarabağ məsələsində rəsmi Bakıya – birbaşa Əliyevə məğlub olduğunu qəbul etmək istəmir. Fransa hakimiyyəti bu məqalə ilə “yekun hesabat” versə də, Qarabağ kartından imtina etmir. Bunu “Le Figaro”nun ikinci materialında – Qarabağdan qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyandan aldığı müsahibədə görmək mümkündür. Bu müsahibənin məqsədini iki hissədə dəyərləndirmək olar: Birincisi, Fransa artıq ləğv edilmiş erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır: Şahramanyanın separatçı rejimin ləğvi qərarını “erməni əhalisinin təhlükəsiz şəraitdə çıxışı məqsədilə” qəbul etdiyi, eləcə də “İrəvanda “mühacir hökumət”in fəaliyyət göstərdiyi” haqda dedikləri buna hesablanıb; Rəsmi Paris “Qarabağın erməni əhalisinin hüquqları” adı altında separatizm kartını Bakıya qarşı təzyiq aləti kimi saxlamağa çalışır. İkincisi, Şahramanyanın müsahibəsi – “mühacir hökumət” haqda dedikləri Ermənistan hakimiyyətinə qarşı da gediş olaraq görünür. Nikol Paşinyan Şahramanyanın qondarma “mühacir hökuməti” iddiasına qarşı çıxdı və müvafiq addımların atılacağı haqda xəbərdarlıq etdi. Sual yaranır: Paşinyanın müttəfiq olaraq gördüyü Fransa niyə qondarma “mühacir hökumət” ideyasını “legitimləşdirir?” Mümkündür ki, Fransa və Ermənistan arasında erməni separatizmi və sülh sazişinə dair müəyyən fikir ayrılıqları yaranıb. Bu, “Qarabağ kartı”ndan Bakıya qarşı istifadə edilməsi, yaxud hansı formada istifadə edilməsi ilə bağlı ola bilər. Görünür, Paşinyan “Qarabağ kartı”nın yeni müharibəyə səbəb ola biləcəyini anlayır, həmçinin, separatçıları haqlı olaraq öz hakimiyyətinə təhlükə olaraq görür. Fransanın Şahramanyanı “gündəmə gətirməsi” isə erməni diasporunun istəyindən də qaynaqlanır: Murad Papazyanın son açıqlaması göstərir ki, yaxın günlərdə Parisdə Makron hökumətinin nümayəndələrinin iştirakı ilə “Qarabağ konfransı” keçirilib, orada “erməni əhalisinin qayıdışı üçün beynəlxalq mexanizmin yaradılması”ndan bəhs olunub; Şahramanyandan müsahibənin bu konfransdan sonra alınması təsadüfi deyil.

Makronun Paşinyandan çox “erməniliyi” Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinə problemlər yaradır.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17002
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14965
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10458
Səidə Sultan klipi üçün lüt soyundu
10426
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9393
Faiq Sadıqov
9200
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6004
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5938
Gənc aparıcı vəfat etdi - FOTO
5740
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5465
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5420
10 yaşlı uşağın faciəvi ölümü
5401
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4944
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4291
Ruslan Müşfiqabadlının anası vəfat edib
3834
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3395
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3250
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3146