İraq və Suriyaya terrorçuların və silahların daşınmasına cavabdeh olan İŞİD-in yüksək rütbəli komandiri məhv edilib. BUTA.TV xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı məlumat yayıb. “Qüvvələr terrorçu Samir Şərif Şihan ən-Nəmravini məhv edib”, - bəyanatda deyilir.
Qeyd edilib ki, terrorçu İraqın Ənbar əyalətində dinc sakinlərə qarşı əməliyyatlarda iştirak edən yaraqlılara komandanlıq edib.