Rusiya Silahlı Qüvvələrinin Ukraynada mühüm infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ilə bağlı NATO-Ukrayna Şurasının növbədənkənar iclası keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Şimali Atlantika Alyansındakı missiyası “X” sosial şəbəkəsində məlumat yayıb.
“NATO-Ukrayna Şurasının növbədənkənar iclası çağırılıb”, – məlumatda bildirilir.
İclasın çağırılması təşəbbüsünün Kiyevə məxsus olduğu dəqiqləşdirilir. Danışıqların özləri də hərbi-siyasi blokun qərargahında alyans səfirləri səviyyəsində aparılıb.
NATO-ya üzv ölkələr Ukraynanın müdafiəsinin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.