AZ

Voleybolçular AÇ-yə Türkiyədə hazırlaşır

Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət yığmamız yarışa hazırlığı Türkiyədə davam etdirir.

"Football-plus.az" xəbər verir ki, rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv Antalya şəhərində 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq. Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdən Nihad Tarverdiyev kömək edəcək. Xatırladaq ki, AÇ-2024 iyulun 11-14-ü aralığında Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.

Seçilən
25
5
Mənbələr
Şərh ()
Bağla