Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B liqasının l qrupunda aprelin 5-də, saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da, saat 16:00-da isə Bakıda İsveçrə yığma komandalarına qarşı oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək.
Sportinfo.az xəbər verir ki, toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
S | AD/SOYAD | KLUB |
1 | Aytac Şərifova | Trabzonspor (Türkiyə) |
2 | Nərgiz Əliyeva | Karadeniz Ereğli Belediyespor (Türkiyə) |
3 | Günay İsmayılova | Neftçi |
4 | Nigar Mirzəliyeva | Zenit |
5 | Nərgiz Hacıyeva | Trabzonspor (Türkiyə) |
6 | Manə Mollayeva | Neftçi |
7 | Ayşən Əhmədova | PAOK (Yunanıstan) |
8 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
9 | Diana Məmmədova | Yenisey (Rusiya) |
10 | Fidan Cəfərova | Baku Juniors |
11
| Aysun Əliyeva | Neftçi |
12 | Vüsalə Hacıyeva | Amedspor (Türkiyə) |
13 | Firəngiz Teymurova | Neftçi |
14 | Jalə Məhsimova | Beylerbeyi Spor (Türkiyə) |
15 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
16 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
17 | Esra Manya | Beşiktaş (Türkiyə) |
18 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
19 | Coşqunə Əliyeva | Neftçi |
20 | Sevinc Cəfərzadə | Eastern Flames (Səudiyyə Ərəbistanı) |
21 | Milana Rəhimova | Neftçi |
22 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
23 | Vüsalə Seyfəddinova | Olimpiada İmittou (Yunanıstan) |