AZ

Azərbaycanlı modelin anasının yaşadığı antisanitar evin görüntüləri - VİDEO

Azərbaycanlı model Təhminənin (Toma, Rövşanə Kərimova) anasının yaşadığı evin görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Elgizlə izlə" proqramında videomaterial nümayiş olunub.

Qeyd edilib ki, modelin anası xəstə olduğundan yaşadığı evə baxa bilmir, nəticədə orada antisanitar mühit yaranıb.

Mənzilin ətrafını bürüyən üfunətli su isə qonşunun zirzəmisinə dolaraq yaşayışını çətinləşdirib.

Məlumat üçün bildirək ki, uzun illər əvvəl Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova hazırda narkotik aslılığından əziyyət çəkir.

Ətraflı videoda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
18
3
Mənbələr
Şərh ()
Bağla