AZ

Dani Alveş ziyafət təşkil etdi

Əfsanəvi braziliyalı futbolçu Dani Alveş həbsdən çıxdıqdan sonra ziyafət təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. 

Ziyafətdə sabiq futbolçunun ailə üzvləri və dostları iştirak ediblər. 

Bildirilir ki, tədbir əslində futbolçunun azadlığa çıxmasına yox, onun atasının ad gününə həsr olunub. Qonaqların səhər saat 5-ə qədər əyləndiyi qeyd edilir.

Qeyd edək ki, braziliyalı futbolçu gecə klublarının birində bir qıza təcavüz etdiyi üçün 4,5 il həbs cəzasına məhkum edilsə də, bir neçə gün əvvəl girov müqabilində zaminə buraxılıb.

Bizim.Media
 

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla