AZ

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hazırda Ermənistanın qatı tərəfdarına çevrilib, İrəvana səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verib, məqalələr yazıb, ölkəmizi “etnik təmizləmə”də ittiham edib. O, bu “mövqeyini” indi də davam etdirir. Halbuki Rasmussen NATO baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdırır, bizə minnətdarlığını bildirirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq xatırladıb ki, Rasmussen 2012-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdən sonra ölkəmizi NATO-nun mühüm tərəfdaşı adlandırmışdı: “Münasibətlərin sabit və müsbət olaraq inkişaf etdiyini bildirən Rasmussen Azərbaycan hərbçilərinin Əfqanıstandakı xidmətini yüksək qiymətləndirmişdi. “Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk” deyən Rasmussen Azərbaycanın bu prosesdə iştirakını Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdı. Rasmussen o zaman bu dəstəyə görə Ermənistana deyil, məhz Azərbaycana minnətdarlığını bildirirdi. Bundan iki il sonra İlham Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında Rasmussenlə görüşdü. Rasmussen Azərbaycanla əməkdaşlıqdan yenə ağız dolusu danışdı. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən keçmiş baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu dedi, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı. NATO-nun hazırki baş katibi Yens Stoltenberq də rəhbəri olduğu təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib, Bakıda müsbət fikirlər söyləyib. İnanmaq istərdik ki, o da vəzifəsindən ayrılan kimi Rasmussen kimi erməni lobbisinin təsiri altına düşməyəcək. Rasmussen isə keçmişdə rəhbəri olduğu quruma hörmətsizlik nümayiş etdirir. NATO rəsmiləri və NATO Parlament Assambleyası bütün açıqlama və yazılı bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər. İndi isə belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Qarabağ üzərindəki suverenliyini bərpa etməsi NATO-nun keçmiş baş katibinin xoşuna gəlməyib. Bunun özü ikili standartlardır.

NATO-nun hazırki baş katibi Yens Stoltenberqin mövcud vəziyyətlə bağlı Azərbaycana heç bir iradı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü Rasmussenin NATO-ya baş katibliyi dövründə təmin etsəydi, onun da ölkəmizə qarşı iradı olmayacaqdı”.

Seçilən
152
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3717
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3536
Bu yol qovşağında təmir işləri aparılacaq
3024
Bakıda hoteldə yanğın başlayıb
2579
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1723
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1586
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1507
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1407
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1240
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1236
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1209
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1090
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1040
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
927
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
908
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
857
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
833
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
759